İqtisadiyyat

Məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib

17 Yanvar 2019 14:32

Məktəblilərin əl işlərindən ibarət “Tullantılara ikinci həyat” adlı sərgi keçirilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bbildirilib ki, paytaxtdakı 191 nömrəli tam orta məktəbdə təşkil olunmuş sərginin əsas məqsədi ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Türkiyəyə qorxunc hücumlar olacaq - ABŞ-dan ŞOK XƏBƏRDARLIQ

17 Yanvar 2019 14:18

ABŞ-ın Dövlət Departamenti vətəndaşlarına Türkiyəyə səyahət etməmələri barədə xəbərdarlıq edib. Açıqlamada Suriya və İraqla sərhəd təhlükənin artdığı bildirilir.

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir

17 Yanvar 2019 13:21

Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən il başlanılmış yenidənqurma işləri bu il də davam etdirilir.

Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın sahibkarlıq subyektini cərimələnib

17 Yanvar 2019 11:43

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitorinqlərə başlayıb. “OLAYLAR” AQTA-ya istinadən xəbər verir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib. Bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də Agentliyin adından sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlanıb.

Bərpa olunan enerji mənbələri üzrə qanunvericilik bazası və şəbəkənin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

16 Yanvar 2019 18:13

Energetika Nazirliyinin təşkilatçılığı, bir sıra dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qanunvericilik bazası və şəbəkənin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.”OLAYLAR”-a nazirliyin mətbuat xiudmətindən bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev ölkədə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

KTN: Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək

16 Yanvar 2019 16:12

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a bildirilib ki, Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Hava şəraitinin təhlükəli surətdə dəyişəcəyinə görə “Azərenerji” xüsusi rejimdə işləyəcək

16 Yanvar 2019 14:36

Hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən müvafiq əmr verilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əmrə əsasən “Azərenerji” ASC-nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, 17-18 yanvar tarixlərində enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə elektrik

Dubayda “Azərbaycan Ticarət Evi” açılıb

16 Yanvar 2019 13:07

Yanvarın 15-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “The Mall” Ticarət Mərkəzində “Azərbaycan Ticarət Evi” açılıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın BƏƏ-də satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.