Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qaydalar hazırlanır

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qaydalar hazırlanır. "Olaylar" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycan Respublikasının Regionlarının2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib. İ.Kərimov qeyd edib ki, qayadalar şəffaf, çevik və bu sahədə çalışan fermerlərin istəklərinə uyğun olmalıdır. Nazir deyib ki, bu sahədə səlahiyyətli qurum təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil: "Bu məsələdə bir neçə nazirliyin mövqeyinin olması vacibdir. Ümumilikdə müasir dövrün tələblərinə uyğun olaraq prosedurun daha təkmilləşməsinə ehtiyac var. Ona görə də bir neçə nazirliklə birgə təkliflərimizi hazırlamışıq. Kənd təsərrüfatı təyinatlı torpaqların öz kateqoriyasına uyğun dəyişdirilməsi və digər kateqoriyalarda istifadə edilməsi sahəsində prosedurlar təkmilləşdiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31