“Neft Daşları”nda yeni quyu qazılır
31 Oktyabr 2014 17:27 İqtisadiyyat"Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2604 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2250 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31