Azərbaycan nefti bahalaşdı

“AzəriLayt” markalı neft London birjasında 1 barrelə görə 1,17 dollar bahalaşıb

Azərbaycan neftinin qiyməti artıb. Anspress-in məlumatına görə, Azərbaycanın "AzəriLayt" markalı neft London birjasında 1 barrelə görə 1,17 dollar bahalaşaraq 90,52 dollara yüksəlib. Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron əməliyyatlarda WTI neftinin qiyməti 0,27 dollar azalaraq, 1 barrel üçün 81,93 dollar təşkil edib. "ICE London" qitələrarası birjasında "Brent" neftin 1 barrelinin dəyəri 0,11 dollar ucuzlaşaraq 87,01 dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31