“Pirallahı adası-quru” yatağında ilk horizontal quyu istismara verilib

"Pirallahı adası-quru" yatağındakı 1211 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılmış quyu 1030-914 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, bu, müasir texnika və texnologiyalardan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31