Avropa İttifaqından Rusiyaya zərbə: Müttəfiqlər Ukraynanın “Qazprom”-a olan borcunu silirlər

"Avstriya Rusiyadan qaz alması üçün Ukraynanın maddi problemlərini həll etməyə hazırdır". Ukrayna mətbuatının məlumatına görə, Avstriya Kansleri Verner Feymann belə bir fikirlə çıxış edib. Maliyyə yardımının miqdarı barədə açıqlama verməyən Feyman Avropa ölkələrini Ukraynaya lazım olan avansı verməyə çağırıb. O, Rusiyanın təzyiqlərini azaltmaq üçün bunun vacib məsələ olduğunu diqqətə çatdırıb: "Xüsusilə qış aylarında Avropanın enerji təhlükəsizliyi prioritet olmalıdır". Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Ukraynanın "Qazprom"-a olan borclarının ödənilməsi üçün 1 milyard dollar maddi vəsaitin ayrılacağını açıqlayıb. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31