Azərbaycanda 1,28 milyon nəfər orta hesabla 300 dollar məbləğində pensiya alır
22 Oktyabr 2014 18:02 İqtisadiyyatBu gün Azərbaycan əhalisinin 21 faizi social təminat alır. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, son 10 ildə ölkədə yoxsulluq səviyyəsi on dəfəyə yaxın azalıb: "Bu gün təxminən 1,28 milyon vətəndaş orta hesabla 300 dollar məbləğində pensiya, təxminən 491 min nəfər ünvanlı sosial yardım, 321 min vətəndaş müxtəlif dövlət sosial yardımları alır. Nəticədə ölkə əhalisinin 21 faizi sosial təminat sistemi ilə əhatə olunub. Bu işlərin hamısı ölkədə yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizədək azaldılmasına imkan verib". Nazirin sözlərinə görə, burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi çox mühüm rol oynayır: "Bu gün dünya əhalisinin təxminən 4 milyardı, yəni 57 faizi mobil rabitə istifadəçisidir. Azərbaycanda mobil rabitənin nüfuz səviyyəsi 110 faiz təşkil edir: "Ölkədə əhalinin 70 faizindən çoxu internet xidmətləri ilə əhatə olunub. Bu, vətəndaşların sosial xidmətlərə çıxışını asanlaşdırır və iş əhaliyə göstərilən elektron xidmətlərin siyahısının genişləndirilməsi üzrə iş aparan dövlət orqanlarının tərəfində qalır".