Ermənistan Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər
22 Oktyabr 2014 14:55 İqtisadiyyatErmənistanın Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması məsələsinə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baxıla bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov deyib. Onun sözlərinə görə, indiki mərhələdə Bakı-Tbilisi-Qars layihəsinə Ermənistandan savayı, arzu edən bütün tərəflər qoşula bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31