"Qaradağ" yatağında yeni quyu qazılır
21 Oktyabr 2014 19:09 İqtisadiyyat"Qaradağ" yatağındakı 483 nömrəli qazvurma quyusunda qazma işlərinə başlanılıb. Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3400 metrdir. 483 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31