TANAP-ın tikintisində iştirak edəcək şirkətlər Türkiyədə ƏDV-dən azad edilir
21 Oktyabr 2014 18:26 İqtisadiyyatTürkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Türkiyə Nazirlər Kabinetinin qəbul etdiyi mövcud qərar gələn ilin yanvarından tətbiq olunacaq.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31