“Azərbaycanda siqaretin qiyməti artacaq”
Vahid Məhərrəmov: “Xarici bazardan hazır məhsulu idxal etmək və onu baha qiymətə satmaq inhisarçılara külli miqdarda gəlir gətirir”
21 Oktyabr 2014 17:28 İqtisadiyyat"Azərbaycanda siqaret çəkənlərin sayı və siqaretə olan tələbat ilbəil artır". "Olaylar"-ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə fikirlə çıxış edib. V.Məhərrəmov bildirib ki, xarici bazardan hazır məhsulu idxal etmək və onu baha qiymətə satmaq inhisarçılara külli miqdarda gəlir gətirir: "Bu səbəbdən də respublikamızda siqaretlə bağlı qiymət artımları həmişə olub və davam edəcək. İl ərzində dünyada adambaşına düşən siqaret qutusunun sayı 40 ədəd olduğu halda, ölkəmizdə bu göstərici rəsmi statistikaya görə 53 ədəddir. Amma real olaraq adambaşına 74 qutu düşür. Bu Azərbaycan əhalisi üçün olduqca təhlükəli göstəricidir". Vahid Məhərrəmov eyni zamanda qeyd edib ki, Azərbaycana 40 qəpiyə idxal edilən 1 qutu siqaret bir manatdan baha satılır, 1 qutu yerli siqaret isə 12-13 sentə ixrac edilir.