"Total" rəhbərinin həlak olması barədə xəbərlərdən sonra şirkətin səhmləri 2,2 faiz ucuzlaşıb

Çərşənbə axşamı Parisdə hərraclar açıldıqdan sonra Fransanın "Total" iri neft-qaz şirkətinin səhmlərinin kotirovkası 2,2 faiz ucuzlaşıb. Bu barədə Trend "İnterfaks"a istinadən xəbər yayıb. ABŞ-da əsas sessiyalar bağlandıqdan sonra əlavə hərraclarda "Total"ın səhmləri 1,1 faiz ucuzlaşıb.
Fransanın "Total" neft şirkətinin rəhbərinin içərisində olduğu şəxsi təyyarə çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda qartəmizləyən maşınla toqquşub. Nəticədə o həlak olub. Rusiya İK-nın məlumatına görə, maşının sürücüsü sərxoş olub. Korporasiya Marjerinni Moskvada həlak olması faktını təsdiqləyən bəyanat yayıb. Uçuşa hazırlaşan təyyarənin göyərtəsində olan dörd nəfər qəzanın  63 yaşlı Marjeri bazar ertəsi Rusiyanın Baş naziri Dmitri Medvedevin sədrliyi ilə keçirilmiş İnvestisiyalar üzrə Məsləhət Şurasının iclasında iştirak etmək üçün Moskvaya uçubmuş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31