“Günəşli” yatağındakı quyu istismara verilib

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 8-ci özüldən 141 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Socar.az xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən, 2954-2940 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 87 ton neft və 8000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31