Gürcü nazir Bakıda ölkəsinin tranzit potensialından danışacaq

Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili Bakıya gəlir. Trend-in Regional İnkişaf və İnfrastruktur Nazirliyinə istinadən verdiyi məlumata görə, D.Şavliaşvili "Bakı-Tbilisi-Qars dəmiryolu xətti: tarixi Böyük İpək yolunun inkişafının yeni imkanları" adlı beynəlxalq konfransda iştirak edəcək. Nazir konfrans iştirakçılarına Gürcüstanın tranzit potensialından danışacaq. Konfransda bir neçə layihənin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin təqdimatı olacaq. Sabah Bakıda başlayacaq konfrans iki gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31