Keçən ay Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb
14 Oktyabr 2014 16:19 İqtisadiyyatCari ilin sentyabr ayı ərzində 2 milyon 543 min 390 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 813 min 20 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 125 min 785 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 255 milyon 269 min 699 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31