Cari ilin 9 ayında 98737 metr qazma işi görülüb

2014-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9362 metr qazma işi həyata keçirib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə  98737 metr qazma işi görülüb ki, bunun da 97109 metri istismara, 1628 metri isəkəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31