“Azərbaycanda heyvandarlıq və quşçuluq məhsullarında ciddi azalma var”

Vahid Məhərrəmov: “Kəsim üçün heyvanların idxalı 62 faiz, süd məhsullarının, yumurtanın idxalı 17.5 faiz, kərə yağının idxalı 50 faiz artıb”

Kənd təsərrüfatı üzə ekspert Vahid Məhərrəmov Azərbaycanın qida sektorunda mövcud vəziyyəti dəyərləndirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatını xatırladan V.Məhərrəmov qeyd edib ki, həmin hesabatda Azərbaycanda "balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edildiyi qeyd edilib. V.Məhərrəmov qeyd edib ki, hesabatda Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu göstərilir: "Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda isə 3095 kilokaloridir. Bu il vəziyyətin daha kritik olduğunu deyən V.Məhərrəmov vurğulayıb ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında bitkiçilik məhsullarının istehsalı 9.2 faiz azalıb: "Bu da öz növbəsində heyvandarlıq və quşçuluq məhsullarının da ciddi azalmasına səbəb olub. Elə bu səbəbdən də bu ilin yanvar-avqust aylarında ölkəyə ət idxalı 35 faiz, kəsim üçün heyvanların idxalı 62 faiz, süd məhsullarının, yumurtanın idxalı 17.5 faiz, kərə yağının idxalı 50 faiz artıb". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31