Azərbaycanda benzinin qiyməti ucuzlaşdı
“Premium Avro-95” markalı benzinin qiyməti 2 qəpik aşağı salınıb
1 Oktyabr 2014 15:59 İqtisadiyyat"Azpetrol" şirkəti "Premium Avro-95" markalı benzinin qiymətinin aşağı salıb. "Azpetrol" şirkətinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət "Premium" benzinin satış qiymətinə yenidən baxıb. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən "Premium" benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə satılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31