Sərnişin axını artıqca reyslər artırılacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişin axını artdıqca ABŞ-a aviareyslərin sayını artıra bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə AZAL-ın sədr müavini Sabir İlyasov deyib. Onun sözlərinə görə, AZAL bu gündən etibarən Nyu-Yorka reyslərin həyata keçirilməsinə başlayıb. Aviareyslər ABŞ- hələlik həftədə iki dəfə həyata keçiriləcək, lakin qış qrafikinə keçid zamanı reyslərin sayı həftədə üç dəfəyədək artırılacaq. AZAL-ın sədr müavini qeyd edib ki, sərnişin axını artdıqca bu istiqamət üzrə uçuşların sayı artırıla bilər. Həmçinin, ABŞ-a sərnişin axınının artımını təmin etmək, ölkənin regionlarından Bakıya, sonra isə təyinat nöqtəsi ABŞ-a sərnişinləri çatdırmağı təmin etmək üçün regional aeroportlar ilə işlər aparılır. Uzaq məsafələrə yeni reyslərin açılması məsələsinə gəlincə, S.İlyasov deyib ki, hazırda cənub-şərqi Asiya ölkələrinə uçuş imkanları öyrənilir. O, bildirib ki, Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar AZAL birbaşa aviareyslər həyata keçirdiyi Avropa ölkələrinə uçuşları genişləndirməyi planlaşdırır: "AZAL ilk Avropa Oyunları dövründə daşımaların təmin edilməsi üzrə işə digər aviaşirkətləri də cəlb etməyi planlaşdırır. Məqsəd uyğunlaşdırılmış reysləri təşkil etməkdir". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31