“Günəşli” yatağındakı 245 nömrəli quyu istismara verilib
23 Sentyabr 2014 17:49 İqtisadiyyatBu günlərdə "Günəşli" yatağındakı 13-cü özüldən 245 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, quyu 2590-2531 metr intervaldan, məhsuldar qatın VIII horizontundan sutkalıq 120 000 kubmetr qaz və təxminən 6 ton kondensat hasilatı ilə istismar fonduna daxil edilib.
Qeyd edək ki, yataqda hasilat işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31