“Şahdəniz 2” ölkəmizə 150 milyard dollar vəsait gətirəcək

"20 sentyabr eyni zamanda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi ilə tarixə düşdü. Qərb dövlətlərinin rəsmi nümayəndələrinin bu məqsədlə bir daha Bakıya toplaşması əslində Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bir daha təsdiq edirdi". Bunu deyən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, yalnız "Şahdəniz" və "Abşeron" yataqlarından 2 trilyon kubmetrdən çox mavi qaz hasil edilməsi gözlənilir. Ölkəmizin kəşf edilməyən qaz ehtiyatları isə 5 trilyon kubmetrə yaxındır. Bu isə Azərbaycanın tezliklə regionun "Enerji Habı"na çevrilməsi deməkdir: "Ukrayna-Rusiya münaqişəsi fonunda idxalının 42 faizini "Qazprom"dan alan Avropa üçün enerji təhlükəsizliyi qitənin ümumi təhlükəsizliyinin ən vacib elementinə çevrilib. Brüsseldə isə enerji təhlükəsizliyinin formalaşmasını Bakısız təsəvvür etmirlər. Bu baxımdan, indiki anlaşma yalnız Azərbaycanın dövlət gəlirlərinin dayanıqlı artımına deyil, eyni zamanda Avropa enerji asıllığının azaldılmasına ciddi töhvə verəcək. "Şahdəniz"in 2-ci fazasının işlənməsi ölkəmizə yaxın illərdə 150 milyard dollar vəsaitin daxil olması deməkdir. Bununla da, ölkəmiz növbəti dekalarda da ixracın artan həcminin qorunub saxlanmasına nail ola biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31