“Pirallahi dəniz” yatağında yeni quyular istismara verilib
19 Sentyabr 2014 18:05 İqtisadiyyat"Pirallahi dəniz" yatağında 1136 və 1140 nömrəli quyular qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər biri sutkalıq 5 ton neft hasilatı ilə işləyir.
Qeyd edək ki, quyular "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31