“Eni” neft şirkətinin rəhbəri Nigeriyadakı yatağı rüşvətlə əldə edib
12 Sentyabr 2014 10:12 İqtisadiyyatİtaliya hakimiyyəti "Eni" neft-qaz korporasiyasının rəhbəri Klaudio Deskalsinin Nigeriyada neft yataqlarının işlənməsinə dair müqavilələr bağlanarkən korrupsiyaya yol verməkdə şübhəli bilinir.APA-nın verdiyi xəbərə görə, şirkətin mətbuat xidməti bütün ittihamları təkzib edir və konsernin rəhbərliyinin İtaliya prokurorluğu ilə əməkdaşlıq etdiyini iddia edir. Qeyd edək ki, "Eni" Nigeriyanın Atlantik okeandakı iqtisadi zonasında yerləşən neft-qaz yatağını 3 il əvvəl əldə edib.Sövdələşmə o zaman şirkətə 1 mlrd dollara başa gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31