Azərbaycandan Rusiyaya təbii qaz nəqlinin dayandırılıb

Azərbaycandan Rusiya Federasiyasına təbii qazın nəqlinin dayandırılması şimal rayonlarının qaz sistemlərində təmir işlərinin aparılması ilə əlaqədardır. Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.ARDNŞ-in prezidenti bildirib ki, ölkədəki qaz sistemlərinin bir çoxu köhnəlib. Məqsəd qış mövsümünə qədər şimal rayonlarını qazla təmin edən sistemlərin təmirini başa çatdırmaqdır. "Biz şimal regionunda qazlaşmanı artırırıq. Artıq Qusar rayonunun ucqar kəndlərinə təbii qazın çatdırılması işlərinə başlanılıb" - deyə R. Abdullayev vurğulayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31