Nazirlər sahibkarlarla görüşüb

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri Heydər Əsədov Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş görüşdə 40-a yaxın iri meyvə-tərəvəz istehsalçısı, emal müəssisələrinin və logistik mərkəzlərin rəhbərləri iştirak etmişdir. Görüşdə qeyri-neft sektorunun ixrac potensialına, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalına, ölkənin ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirlərinə, bu sahədə sahibkarların üzərinə düşən vəzifələrə dair müzakirələr aparılıb. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31