SOCAR Rumıniyada şəbəkəsini genişləndirir
28 Avqust 2014 14:04 İqtisadiyyatARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov "energynomics.ro" jurnalına müsahibə verib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, o, şirkətin Rumıniyada fəaliyyətinin müxtəlif aspektlərinə toxunaraq bildirib ki, ARDNŞ Rumıniyada öz işini bu ölkənin "Nəqliyyat infrastrukturunun inkişafı" Dövlət Proqramına əsaslanaraq qurur. Rumıniyanın qlobal enerji təhlükəsizliyi baxımından ilk 10 ölkə arasında yer alması, yaxın illərdə ölkədə investisiya yatırımlarının artımının gözlənilməsi, 2013-cü ildə qeydə alınan müsbət iqtisadi nəticələr ARDNŞ-in Rumıniyanın yerli bazarında fəaliyyətinin genişlənməsində həlledici amil rolunu oynayır. Hazırda şirkətin Rumıniyanın 11 dairəsi üzrə 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. YDM şəbəkəsinin genişləndirilməsi üçün yeni yerlər müəyyən edilir.