Dövlət Neft Şirkəti iki yeni şirkət yaratdı
27 Avqust 2014 16:38 İqtisadiyyatDövlət Neft Şirkəti "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində iki şirkət yaradıb. Hər iki şirkət ("SOCAR Upstream Management İnternatilonal" və "SOCAR Midstream Operations") ARDNŞ-in mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir. Şirkətlər 24 iyulda təsis edilib, Vergilər Nazirliyi rəsmi informasiyanı 20 avqustda "Vergilər" qəzetinin xüsusi buraxılışında verib. Xatırladaq ki, bu ilin fevralında "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün "Cənub Qaz Dəhlizi" QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz). Yeni şirkətləri məhz bu QSC yaradıb. May və iyulda SC $2 mlrd 163,7 mln məbləğində istiqraz buraxıb. Onları Dövlət Neft Fondu alıb.