“Pirallahı adası-quru” yatağında ilk horizontal quyu qazılır
26 Avqust 2014 16:32 İqtisadiyyat
"Pirallahı adası-quru" yatağında ilk horizontal quyu qazılır. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağında 1211 nömrəli quyuda qazma işlərinə başlanıb. "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1088 metrdir. Bu, bütün müasir texnika və texnologiyalardan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur. Geoloqların hesablamalarına görə, quyudan sutkada 10 ton neft hasil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31