Tovuz maşın bazarında durğunluqdur
Bu da əsasən qiymətlərin alıcıları qane etməməsi ilə bağlıdır
25 Avqust 2014 17:47 İqtisadiyyatTürkel TV (TTV) xəbər verir ki, Tovuzun avtomobil bazarında durğunluq müşahidə olunur. Bu da əsasən qiymətlərin alıcıları qane etməməsi ilə bağlıdır. Bazara çıxarılan maşınların əksəriyyəti Rusiya istehsalı olan avtomobillər təşkil edir. Satıcılar köhnə və komfortu olmayan avtomobillərini yeniləri ilə əvəz etmək istəyirlər. Alıcılar isə qiymətlərin hələ də yüksək olduğu qənaətindədirlər. Komfort baxımından Avropa istehsalı olan avtomobillərə üstünlük verildiklərini, ancaq ehtiyat hissələrinin qiymətinin yüksək olması onları köhnə maşınları almaqdan çəkindirir. Bununla belə bazarda hər kəs öz istəyinə uyğun avtomobil axtarır.
Satıcı Bəxtiyar Əliyev: "Bizim gənclər adətən xarici maşına daha çox sürətli olana üstünlük verirlər. Bir qədər yaşlı insanlar isə rahat və yanacağa qənaətli olan avtomobillərə üstünlük verir".
Banklar tərəfindən avtokreditlərin sərtləşdirilməsi də bazara təsirini göstərməkdədir. Rusiya istehsalı olan avtomobillərin qiymətlərində artıma doğru dəyişikliklər var. Ehtiyat hissələrinin ucuz olması və yanacaq sərfiyyatının azlığı bölgələrdə hələ də MDB məhkanında istehsal olunan avtomobilərə tələbat yaradır.