Bu il bal az olacaq VIDEO
18 Avqust 2014 11:57 İqtisadiyyatArıların ruzisi təbiətdən gəldiyi üçün elə kəsiləndə də təbiətdən kəsilir. Bu il havaların yaz aylarından başlayaraq isti keçməsi arı təsərüfatlarına ciddi təsir göstərib. Quraqlığa görə çiçəklənmənin zəif olduğundan arılar yaxşı qidalana bilməyiblər. Nəticədə balın məhsuldarlığı xeyli aşağı düşüb. Bir tərəfdən də dağlarda mütəmadi yağışların yağması rütubətlilik yaradıb. Bu da nektarın yaranmasını mümkünsüz edib. Arıçı fermer deyir ki, məhsuldarlığın az olmasını əsas səbəbi hava şəraiti olsa da arıçıların özündəndə çox şey aslıdır. Fermer deyir ki, bu il arıların yerini bir neçə dəfə dəyişib ki, bununla da əvvəlki illərlə müqayisədə az da olsa müəyyən miqdarda məhsul toplaması mümkün olub. Növbəti mövsümdə quraq hava davam edərsə arıçılıq böyük problemlə üz-üzə qala bilər.