Tovuzda üzüm yığımına başlanılıb VIDEO
18 Avqust 2014 11:51 İqtisadiyyatTovuz rayonunun Aşağı Quşcu kəndində tez yetişən üzüm növünün yığımına başlanılıb. Məhsuldarlıq isə aşağıdır. Fermerlər deyir ki, ötən il bir hektar ərazidən 30-35 ton üzüm götürürdülərsə, indi bu rəqəmin 15-20 tondan yüksək olmayacağı proqnozlaşdırlır. Səbəb isə havaların quraq keçməsidir. Sahələrdə daha çox süfrə üzümünə rast gəlinir. Təsərrüfatçılar deyir ki, buna səbəb texniki üzüm sortlarının zavodlar tərəfindən ucuz qiymətə alınmasıdır. Başqa sözlə, texniki üzüm sortlarını əkmək sərf eləmir. İndi üzüm mövsümü olduğundan, bazarda bu məhsul ucuzdur. Amma fermerlərin ehtiyyat varinatları da var. Təsərrüfat sahiblərinin əksəriyyəti saxlama kameraları olduğu üçün məhsulu hələ ki, bazarlara çıxarmağa üstünlük vermir. Alıcılar isə məhsulu daha çox sahələrdən alır.