Azərbaycanda bank faizləri aşağı endiriləcək?
12 Avqust 2014 15:51 İqtisadiyyatAzərbaycanda bank və bank təşkilatlarının verdiyi kredit faizləri aşağı endiriləcək. Bu barədə "OLAYLAR"a özəl banklardakı mənbələrdən məlumat verilib. Məlumatda deyilir ki, artıq bununla bağlı Mərkəzi Bank araşdırmalara başlayıb. Azərbaycan hökümətinin yürütdüyü siyasətə uyğun olaraq Mərkəzi Bank ölkədə fəaliyyət göstərən kommersiya bankları və bank olmayan kredit təşkiları ilə danışıqlar aparmağa hazırlaşır. Yaxın vaxtlarda bununla bağlı konkret danışıqlar aparılacaq və bankların verdikləri kredit faizlərində dəyişikliklər ediləcək. Mənbə bildirir ki , bu məsələ həmçinin bankların verdikləri ipoteka kreditinin də faizlərinə təsir edəcək. Bank faizləri ilə yanaşı ipoteka faizlərində də ciddi endirim gözlənildiyi bildirilir. Qərarın yaxın vaxtlarda açıqlanacağı və bank faizlərinin endirilməsi barədə ciddi araşdırmalara başlanacağı deyilir. Mənbə deyir ki, bununla bağlı ölkədə fəaliyyət göstərən bir neçə iri kommersiya bankında artıq kredit fazilərinin aşağı salınması mexanizmi hazırlanır.