İyul ayında 8993 metr qazma işi həyata keçirib
5 Avqust 2014 12:34 İqtisadiyyat2014-cü ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8993 metr qazma işi həyata keçirib. Bu barədə ARDNŞ-dan "Olaylar"a verilən məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 81123 metr qazma işi görülüb ki, bunun da 79495 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31