Ay ərzində nə qədər xam neft ixrac edilib?

ARDNŞ 2014-cü ilin iyul ayında Novorossiysk limanından 84 min 803 ton, Supsa limanından 334 min 805 ton, Çeyhan limanından 1 milyon 653 min 449 ton xam neft ixrac edib. Socar.az xəbər verir ki, ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 593 min 25 ton, Supsa limanından 1 milyon 787 min 379 ton, Ceyhan limanından isə 11 milyon 967 min 342 ton xam neft ixrac edilib. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir. Məlumatda həmçinin bildirilir ki, İyul ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 106,64 dollara, Urals nefti - 106,23 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 108,68 dollara satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31