Neft məhsullarının ixrac həcmi açıqlandı
4 Avqust 2014 14:07 İqtisadiyyatARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin iyul ayında 128 ton atomobil benzini, 150 min 593 ton dizel yanacağı, 24 min 190 ton təyyarə yanacağı və 105 min 794 ton vakuum qazoylu ixrac edib. Socar.az xəbər verir ki, ümumilikdə, 2014-cü ilin yanvar-iyul ayları ərzində 686 ton avtomobil benzini, 528 min 229 ton dizel yanacağı, 99 min 782 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 215 min 429 ton vakuum qazoylu ixrac edilib. 2014-cü ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1003,97 dollar, təyyarə yanacağının - 946,68 dollar, dizel yanacağının - 883,51 dollar, 1% kükürdlü mazutun qiyməti 604,72 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31