“Çandahar-Zarat” yatağında yeni quyu qazılır

Kompleks Qazma İşləri Tresti tərəfindən "Çandahar-Zarat" yatağında 1830 nömrəli quyunun qazma işlərinə başlanıllıb. Bu barədə ARDNŞ-dan "Olaylar"a daxil olan məlumata görə, "Siyəzənneft" NQÇİ-nin sifarişi ilə Maykop Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1250 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 3-4 ton neft hasil olunacağı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31