FİFA "DÇ-2014"ün rəmzi yığmasını açıqladı
23 İyul 2014 20:15 İqtisadiyyatFİFA "DÇ-2014"ün rəmzi yığmasını açıqlayıb. Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda ən çox Almaniya və Braziliya yığmalarının futbolçuları yer alıb. Hər iki milli 4 futbolçu ilə təmsil olunub. Argentinanın iki, Kolumbiyanın isə bir futbolçusu rəmzi yığmaya düşüb. Almaniya yığması ilə dünya kubokunu qazanan Yoahim Löv "DÇ-2014"ün rəmzi yığmasının baş məşqçisi seçilib.
Qapıçı: Manuel Noyer (Almaniya)
Müdafiəçilər: David Luiz, Marselo, Tiaqo Silva (hər üçü Braziliya), Mats Hummels (Almaniya)
Yarımmüdafiəçilər: Anxel di Mariya (Argentina), Xames Rodriqes (Kolumbiya), Toni Kroos (Almaniya)
Hücumçular: Lionel Messi (Argentina), Tomas Müller (Almaniya), Neymar (Braziliya)
Baş məşqçi: Yoahim Löv (Almaniya)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31