“Qaradağ” yatağındakı 477 nömrəli quyu istismara verilib

"Qaradağ" yatağındakı 477 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, quyuda Məhsuldar Qatın VII horizontunda 3159-3124 metr dərinlik intervalından təkrar süzgəc açılıb. Quyuya sutkada orta hesabla 100000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq. Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31