7 saylı özüldə korroziyayadan mühafizə işləri yerinə yetirilir
16 İyul 2014 13:02 İqtisadiyyat"Günəşli" yatağında hasilatın artırılması məqsədilə 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikintisi uğurla davam etdirilir. Socar.az xəbər verir ki, hazırda özülün inşa olunmuş hissələrində korroziyadan mühafizə tədbirləri görülür. Zığ istehsalat sahəsində hazırlanmış 2 ədəd M4Q və M5Q modullarında korroziyadan mühafizə işləri tamamlanmaq üzrədir. Bundan başqa, 17460 kvadretmetrlik metal-konstruksiyanın səthi pas hissəciklərdən təmizlənmiş, ikikomponentli, epoksid boyalarla aşınmadan mühafizə olunub. Qeyd edək ki, 7 saylı özülün tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur. Özüldə korroziyayadan mühafizə işləri "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir. ("OLAYLAR" İA)