Günəşli” yatağındakı 6 saylı özüldə əsaslı təmir işləri aparılır

 ARDNŞ-nin "Neftqaztikinti" Tresti tərəfindən "Günəşli" yatağındakı 6 saylı Dərin Dəniz Özülündə əsaslı təmir işlərinə başlanılıb. ARDNŞ-dən "Olaylar"a verilən məlumata görə, təmir işləri özülün uzun müddət istismar olunan dayaq bloklarında metal-konstruksiyaların korroziyaya uğramış hissələrinin dəyişdirilməsi, köhnə hissələrinin aşınmadan mühafizə olunması və modullar arasında yanğından mühafizə arakəsmələrinin quraşdırılması məqsədi ilə həyata keçirilir. İndiyə kimi ümumilikdə 31,3 min kvadrat metrlik metal-konstruksiyanın səthi təmizlənib. Bundan başqa, 333 kvadratmetrlik modullararası metal arakəsmələr "Chartek-7" markalı ikikomponentli odadavamlı materiallarla yanğından mühafizə olunub. 6 saylı özüldə əsaslı təmir işlərinin 2014-cü ilin dekabr ayında başa çatdırılacağı və özülün tam istismara veriləcəyi nəzərdə tutulur. İşlər "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31