Sənayenin qeyri-neft sektorunda istehsal azalıb

 2014-cü ilin birinci yarısında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 16,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, sənaye məhsulunun 72,9 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 21,2 milyon ton neft, 9,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 faizini təşkil edib, qida, geyim, tütün məmulatlarının, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 4,2 faiz üstələyərək, neft-qaz sektorunda isə 3,4 faiz azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31