Papadan uşaqların qanunsuz mühacirətinə qarşı mübarizəyə çağırış

Roma Papası Frantsisk Mərkəzi Amerikadan uşaqların qanunsuz yolla ABŞ-a mühacirətinə qarşı mübarizə aparmağa çağırıb.Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, bu haqda Vatikan papanın Meksikadakı özəl təmsilçisinə məktub yollayıb. Məktuba Frantsisk ondan "fövqəladə humanitar vəziyyətin" qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırıb.Onun sözlərinə görə, Mərkəzi Amerika  və Meksika iqtisadi inkişaf üçün birgə fəaliyyət göstərmək və şimala səyahətin təhlükəsi ilə bağlı vətəndaşlarının məlumatlandırmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31