“Günəşli” yatağında yeni quyu istismara verilib
10 İyul 2014 16:52 İqtisadiyyat"Günəşli" yatağındakı 11-cü özüldən 307 nömrəli quyu qazmadan sonra istismara verilib. Socar.az xəbər verir ki, ARDNŞ-nin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu 3285-3259 metr intervaldan fontan üsulu ilə sutkalıq 70 ton neft və 16000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31