ARDNŞ 9908 metr qazma işi həyata keçirib

2014-cü ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9908 metr qazma işi həyata keçirib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 9875 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 72130 metr qazma işi görülüb ki, bunun da 70502 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31