“Neft Daşları” yatağında Neftyığma Məntəqəsi tikilir

 ""Neft Daşları"nda İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikintisi" obyekti üzrə işlər ARDNŞ-nin "Neftqaztikinti" tresti tərəfindən uğurla davam etdirilir. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə,  "Neft Daşları" NQÇİ-nin köhnəlmiş İriləşdirilmiş Seperasiya Qurğularının yeniləri ilə əvəz edilməsi, Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə həyata keçirilən inşaat işləri dörd buraxılış kompleksindən-1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi, Mərkəzi Neftyığma Məntəqəsinin tikintisi, 3A və 4A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi və 5 və 5A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi komplekslərindən ibarətdir. Hazırda 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularının və Mərkəzi Neftyığma Məntəqəsinin tikintisi üzrə işlər davam etdirilir. 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğuları yerləşən meydançaların hidrotexniki hissəsi tikilib başa çatdırılıb.

Qeyd edəki ki, tikinti-quraşdırma işləri "Neftqaztikinti" trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.
                               
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31