“Qaradağ” yatağındakı 476 nömrəli quyu istismara verilib
2 İyul 2014 16:20 İqtisadiyyat"Qaradağ" yatağındakı 476 nömrəli quyu təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, Məhsuldar Qatın VII horizontunda 3379-3331 metr intervalda süzgəci açılmış quyuya sutkada 275000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq. Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31