Xam neftin ixracat həcmi açıqlandı

ARDNŞ 2014-cü ilin iyun ayında Novorossiysk limanından 84 min 577 ton, Supsa limanından 242 min 39 ton, Ceyhan limanından 1 milyon 871 min 477 ton xam neft ixrac edilib. Socar.az xəbər verir ki, ümümilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 508 min 222 ton, Supsa limanından 1 milyon 452 min 574 ton, Ceyhan limanından isə 10 milyon 313 min 893 ton xam neft ixrac edilib. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir. Məlumatda o da bildirilir ki, iyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 111,65 dollara,Urals nefti - 109,44 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 113,21 dollara satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31