İxrac edilən neft məhsullarının həcmi açıqlandı
2 İyul 2014 13:45 İqtisadiyyatARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin iyun ayında 173 ton atomobil benzini, 80 min 202 ton dizel yanacağı, 32 min 531 ton təyyarə yanacağı və 39 min 260 ton vakuum qazoylu ixrac edib. Socar.az xəbər verir ki, ümumilikdə, 2014-cü ilin yanvar-iyun ayları ərzində 557 ton avtomobil benzini, 377 min 636 ton dizel yanacağı, 75 min 591 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 109 min 635 ton vakuum qazoylu ixrac edilib. 2014-cü ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1021,32 dollar, təyyarə yanacağının - 958,18 dollar, dizel yanacağının - 901,80 dollar, 1% kükürdlü mazutun qiyməti 641,07 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31