“Günəşli” yatağındakı 436 nömrəli quyu istismara verilib
2 İyul 2014 13:43 İqtisadiyyatBu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 13-cü özüldən 436 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Socar.az xəbər verir ki, quyu Fasilə Lay dəstəsindən 3062-3043 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 70 ton neft və 11500 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31