“Ağburun-dəniz” strukturunda axtarış quyusunun qazması başa çatıb
24 İyun 2014 13:27 İqtisadiyyat"Ağburun-dəniz" strukturundakı 1 nömrəli axtarış quyusu layihə horizontuna çatdırılıb. Socar.az xəbər verir ki, strukturun cənub-qərb qanadının tağa yaxın hissəsində kəsilişin stratiqrafiyasını, litologiyasını və neft-qazlılığını öyrənmək məqsədiilə qazılmış quyu dənizin 10 metr dərinliyində yerləşir. Quyu 860 metr dərinliyədək qazılaraq layihə horizontu olan Qirməki Altı Lay Dəstəsini tam açmış, quyuya 168,3 mm-lik istismar kəməri endirilmişdir. Hazırda 1 nömrəli axtarış quyusunda perforasiya və mənimsəmə-sınaq işlərinə hazırlıq görülür. Qazma işləri "Xəzər-6" tipli Üzən Qazma Qurğusu vasitəsi ilə həyata keçirilmişdir. "Ağburun-dəniz" strukturu Abşeron arxipelaqının Şimali Abşeron qalxımlar zonasında Qərbi Abşeron neft yatağından 6 km cənubda yerləşir.